Kəlağayı

KƏLAĞAYİ – Azərbaycanda istehsal olunan milli qadın baş örtüyüdür. Eyni zamanda o, xalq sənətinin güzəl nümunəsidir. 2014-cü ildə KƏLAĞAY Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısina UNESKO tərəfindən daxil edilmişdir.

 

KƏLAĞAYİLAR müxtəlif ölçüdə və müxtəlif rəngdə olur. Onlar kənarlarında (yeləni) və/və ya mərkəzində (xoncha), adətən nəbati və geometrik ornamentlərlə bəzədilir. Xalis ipəkdən toxunan və basmanaxış (isti batik) üsulu ilə bəzədilən

KƏLAĞAYILAR yüziilər boyu bütün ölkəmizdə geniş işlənir.

 

Müasir dövrdə KƏLAĞAYİNI çiyninə atılmış şal, eləcə də pareo, poncho və s. kimi işlədirlər. Ən dəyərli KƏLAĞAYILAR 5,6 və 7 rəngli KƏLAĞAYILARDIR. Bu cür və digər növ unikal KƏLAĞAYILAR

 

Azərbaycanın şimali-qərbində, qədim Basqalda hazırlanır.