Çatdırılma

ÇATDIRILMA ŞƏRTLƏRİ

 

Dünyanın 150 ölkəsində 50000 çox gül salonlarını özündə cəmləyən unikal gül salonları şəbəkəmiz sayəsində bir neçə saat ərzində biz dünyanın istənilən nöqtəsinə olan sifarişi gerçəkləşdiririk.

Qeydiyyatdan keçdikdən sonra sifariş beynəlxalq sifariş mübadiləsi sisteminə daxil olur və yerinə yetrilməsi üçün İnterflora gül salonları şəbəkəsinin ən yaxınlıqda olan ünvanına göndərilir. Sifariş gül salonun iş saatları ərzində yerinə yetirilir.

 

SİFARİŞ TARİXİ

 

Sifariş əgər bazar günü və ya sifarişi əldə edəcək şəxsin ölkəsində bayram günü deyilsə qeyd olunduğu tarixdə yerinə yetirilir.

Sifarişi əldə edecək şəxsin bölgəsindəki saat qurşağı və gül salonlarının iş cədvəlindən asılı olaraq aşağıdakı şərtlərə əməl etməklə sifarişin qeyd olunan tarixdə əldə olunmasına zəmanət verilir:

Sifariş ünvana ən yaxın İnterflora gül salonu tərəfindən iş saatları ərzində yerinə yetirilir.

Xarici ölkələrdə sifariş şənbə günü nahardan sonra, bazar günləri və bayram günlərində yerinə yetirilmir.

Azərbaycanda və MDB ölkələrində sifarişin bazar və ya bayram günlərində yerinə yetrilməsi sifarişin çatdırılma tarixindən bir gün öncə qeydiyyatdan keçrilməsi şərti ilə mümkündür.

 

ÇATDIRILMA ÜNVANI

 

Xahiş edirik yerli telefon nömrəsi də daxil olmaqla çatdırılma ünvanının dəqiqliyini yoxlayın. Qeyd olunan çatdırılma ünvanının qeyri-dəqiq olması və ya sifarişi alacaq şəxsin tam adının, ünvanının və telefon nömrəsinin qeyd olunmaması, həmçinin sifarişi əldə edəcək şəxsin telefon zənglərinə cavab verməməsi hallarında İnterflora məsuliyyət daşımır.

Xahiş olunur sifarişinizi zamanında çatdıra bilməyimiz üçün növbəti məlumatı qeyd edin:

Sifarişi əldə edəcək şəxsin tam adı (adı, soyadı, atasının adı)

Dəqiq çatdırılma ünvanı

Çatdırılma məkanının adı (mehmanxana, şirkət, restoran və s.), məkanın nömrəsi, xidmət bölməsi, sifarişi əldə edəcək şəxsin dəqiq yerini müəyyənləşdirməyə imkan verən digər detallar Sifarişi əldə edəcək şəxsin və ya yerli əlaqə operatorunun məsul şəxsinin telefon nömrəsi. Bəzi ölkələrdə sifariş telefon vasitəsilə razılıq əldə olunduqdan sonra yerinə yetirilir.

Mehmanxanaya çatdırılma qeydiyyatdan keçdikdən sonra yerinə yetirilir. Daha sonra buket sifarişi əldə edəcək şəxsə mehmanxana çalışanları vasitəsilə təqdim olunur.

 

Mehmanxanaya çatdırılma üçün zəhmət olmasa qeyd edin:

 

Sifarişi əldə edəcək şəxsin adı və soyadı. Mehmanxana otağının başqa şəxsin adına

qeydiyyatdan keçirilməsi halında sifarişi əldə edəcək şəxsin yaşadığı mehmanxana

otağının kimin adına qeydiyyatdan keçrildiyini qeyd edin. Mehmanxananın dəqiq adı və ünvanı

Mehmanxananın telefon nömrəsi (əgər varsa) Sifarişi əldə edəcək şəxsin yaşadığı mehmanxana otağının nömrəsi (əgər varsa) Əgər sifarişi qəbul edəcək şəxs qrup tərkibində səyahət edirsə turoperatorunun adı Xəstəxanaya sifariş yalnız xəstəxana girişinə qədər yerinə yetirilir. Sonrasında xəstəxana çalışanları müstəqil şəkildə gülləri sifarişi əldə edəcək şəxsə çatdırırlar.

Əgər siz gülləri xəstəxanaya göndərirsinizsə, mütləq qeyd edin:

Sifarişi əldə edəcək şəxsin adı və soyadı

Xəstəxananın adı və ünvanı

Şöbənin adı, otaq nömrəsi

Şöbənin telefon nömrəsi

Nəzərinizdə saxlayın ki, bəzi xəstəxanalarda reanimasiya şöbəsinə güllərin

çatdırılmasına icazə verilmir. Belə hallarda biz dərhal sizi bu haqqda

məlumatlandıracağıq, həmçinin sizin sifarişinizi yerinə yetirmək üçün salon xəstə

gülləri alacaq vəziyyətə gələnə qədər xəstəxana heyəti ilə əlaqədə qalacaq.

Əksər hallarda sifariş qapalı yerlərə, hərbi hissələrə, vağzallara, hava limanları və

portlara çatdırılmır. Bele sifarişlərin zəruri olduğu hallarda və ya sizin sifarişinizin

çatdırılması çətinliklərlə üzləşərsə, həmçinin əgər sizin xüsusi istəkləriniz varsa xahiş edirik bizimlə əlaqə saxlayın.

 

SIFARIŞ QƏBUL EDECƏK ŞƏXSIN YOXLUĞUNDA

 

Sifarişi qəbul edəcək olan şəxsin yoxluğunda İnterflora gül salonları şəbəkəsinin sifarişi yerinə yetirən nümayəndəsi xəbərdarlıq edəcək və sifariş qəbul edecək şəxslə telefon ilə əlaqə saxlayacaq. Əgər 24 saat ərzində sifarişi qəbul edəcək şəxslə əlaqə saxlanıla və təkrar çatdırılma edilə bilinmədikdə, biz sizi telefon və ya elektron poçt vasitəsilə məlumatlandıracağıq. Sifarişi yerinə yetirən kuryer gülləri sifarişi əldə edəcək şəxən əldən təqdim etməsi üçün üçüncü şəxsə (qonşuya,adminstratorluq şöbəsinin işçisinə,resepşna və ya cənazə işləri ilə məşğul olan işçiyə) vərməklə səlahiyyətlidir. Eyni şey ayrı hallarda sifarişin bərabərindəki materiallara da aid olunur. (açıqca, hədiyyə və s.)

Əgər hər hansı bir halda sifarişi yerinə yetirmək mümkün olmadıqda biz yaranmış problem haqqında məlumat eldə etdikdən dərhal sonra sizə xəbərdarlıq edəcəyik.

 

BAYRAM GÜNLƏRİNDƏ ÇATDIRILMANIN XÜSUSİYYƏTLƏRİ

 

14 fevral – Müqəddəs Valentin günüdür. Ənənəvi yüksək sifariş axını ilə bağlı olaraq Müqəddəs Valentin günündə çatdırılma, xüsusilə şirkətlər və müəssisələrin ünvanlarına, İnterflora gül salonları şəbəkəsində təzə çiçəklərin mövcudluğundan asılı olaraq bayramdan öncə və ya sonra yerinə yetirilə bilər.

8 Mart – Beynəlxalq Qadınlar günü – bu gün Azərbaycanda istirahət günü olduğundan sadəcə ev ünvanlarına çatdırılma mümkündür.

Yüksək sifariş axınını ilə əlaqədar olaraq, xüsusilə iş ünvanları üzrə, çatdırılma bayramdan öncə və ya sonra yerinə yetirilə bilər. Milad və Yeni il ilə bağlı sifarişlər bəzi hallarda bayrama 2-3 gün qalmış çatdırıla bilər.