ÇIÇƏKLƏR VƏ HƏDIYYƏLƏR

Hər ölkə üçün buket və kompozisiyalar kataloqu – dünyanın müxtəlif ölkələrinin məşhur floristlərinin müəllif işləridir. Siz buket və səbəb ilə uyğunlaşan kompozisiyanı seçib gülləri hədiyyə ilə tamamlaya bilərsiniz. Hər ölkə üçün öz kataloqu təqdim olunmuşdur ki, burada sözsüz ki siz bəyənəcəyiniz şeyləri tapa biləcəksiniz.

 

QİYMƏT

 

Kataloqdakı qiymətlərə yerli vergilər və gül salonundan ünvana qədər olan çatdırılma dəyəri daxildir.

Çicəklər üzrə olan qiymətlər bölgəyə, mövsümə və sifarişi qəbul edəcək olan şəxsin ölkəsindəki ümümi qiymət səviyyəsinə görə fərqlənə bilər. Sifariş, yerinə yetirilən gün gül salonunundakı qiymətlərə görə müəyyənləşdirilir. Yekun qiymət EURO ilə qeyd olunmuşdur.

 

GÜLLƏR

 

Güllər mövsumi məhsullar olduğundan, bəzi gül növləri sifariş zamanı müvəqqəti olaraq İnterflora beynəlxalq gül salonları şəbəkəsində mövcud olmaya bilər.

Bununla əlaqədar olaraq bəzi hallarda buketin tərkibi dəyişdirilə bilər. Bununla yanaşı buketin bizim saytımızda təqdim olunmuş şəkilə forma, rəng və ümümi təəssürat baxımından maksimum dərəcədə uyğun gələcəyini təmin edirik.

Əgər tərkibinə yalnız bir növ çiçəklərin daxil olduğu buket, yəni məsələn müəyyən rəngdə olan qızılgüllər sifariş olunubsa, və sifariş zamanı bu növ çiçəklər salonda

mövcud deyilsə əvəzetmə yalnız sifarişçi ilə razılıq əldə olunduqdan sonra yerinə yetirilir.

Həmçinin diqqətinizə çatdırmaq istəyirik ki, güldanlarda yalnız adları qeyd olunmuş buketlər çatdırılır.

 

HƏDİYYƏLƏR

 

Güllərə əlavə olaraq şarlar, yumşaq oyuncaqlar, şokolad konfetlər, şərab, meyvələr və başqa hədiyyələri sifariş verə bilərsiniz.

Bu növ əlavələrin çatdırılma imkanını dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlayın. Siz güllərə əlavələr üzrə olan istəklərinizi sifarişin qeydiyyatı zamanı “sizin

istəkləriniz” bölməsinə qeyd edə bilərsiniz, biz sizi lazımi məlumatı əldə etdikdən dərhal sonra bu növ əlavənin qiyməti və mümkünlüyü barədə məlumatlandıracağıq.

Sifariş qeydiyyatdan keçdikdən sonra buketin tərkibinin dəyişdirilməsini və ya güllərə hədiyyənin əlavə olunmasını istədiyiniz zaman bizə e-mail göndərin.

Sifarişin tərkibinin dəyişdirilməsi çatdırılma tarixinə qədər, 48 saatdan gec olmadan mümkündür.

Sizin istəyinizin nə zaman göndərilməsindən asılı olaraq çatdırılma həmin gün mümkün olmayacaq və sifariş artıq gül dükanında hazırlanmağa başladığından dəyişdirilə bilinməyəcək.