ÇATDIRILMA VAXTI

SIFARIŞ ÜÇÜN ZƏMANƏT VAXTI

 

Dünyanın 150 ölkəsində 50000 çox gül salonlarını özündə cəmləyən unikal gül salonları şəbəkəmiz sayəsində bir neçə saat ərzində biz dünyanın istənilən nöqtəsinə olan sifarişi gerçəkləşdiririk.

Sifarişi əldə edecək şəxsin bölgəsindəki saat qurşağı və gül salonlarının iş cədvəlindən asılı olaraq aşağıdakı şərtlərə əməl etməklə sifarişin qeyd olunan gündə əldə olunmasına zəmanət verilir:

Sifariş ünvana ən yaxın İnterflora gül salonu tərəfindən iş saatları ərzində yerinə yetirilir.

Biz sifarişin qeyd olunduğu gün çatdırılmasına zəmanət veririk lakin əgər söhbət toy və ya cənazə mərasimlərindən getmirsə dəqiq çatdırılma vaxtına zəmanət verə bilmirik.

Azərbaycanda və digər başqa ölkələrdə çatdırılma sifarişi qəbul edəcək şəxslə öncədən nəzərdə tutulmuş telefon zəngi ilə razılaşdırılır və onun istəyinə uyğun olaraq yerinə yetirilir.

Xarici ölkələrdə çatdırılma şənbə günü nahardan sonra, bazar və bayram günləri yerinə yetirilmir.

Azərbaycanda və MDB ölkələrində sifarişin bazar və ya bayram günlərində yerinə yetrilməsi sifarişin çatdırılma tarixindən bir gün öncə qeydiyyatdan keçrilməsi şərti ilə mümkündür.

 

QEYD OLUNMUŞ TARİXDƏ ÇATDIRILMA

 

Müəyyən vaxt üçün nəzərdə tutulmuş çatdırılma yalnız İnterflora müştəri xidmətləri ilə ilkin razılaşmadan sonra yerinə yetirilir və İnterflora gül dükanları şəbəkəsinin sifarişi yerinə yetirəcək mümkün imkanlarından asılı olur.

Biz 48 saatdan gec olmadan çatdırılma zamanları qeyd olunmuş sifarişləri qebul etməyə üstünlük veririk. Biz dəqiq çatdırılma zamanına yalnız toylara və ya cənazə mərasimlərinə sifariş zamanı zəmanət veririk. Bu növ sifarişlərin qeydiyyatı zamanı “çatdırılma şərtləri” bölməsində çatdırılma səbəbi, yeri və saatı haqqında mümkün olduğu qədər daha ətraflı şəkildə qeyd edin.