ÇIÇƏKLƏR VƏ HƏDIYYƏLƏR

Hər ölkə üçün buket və kompozisiyalar kataloqu – dünyanın müxtəlif ölkələrinin
məşhur floristlərinin müəllif işləridir. Siz buket və səbəb ilə uyğunlaşan
kompozisiyanı seçib gülləri hədiyyə ilə tamamlaya bilərsiniz. Hər ölkə üçün öz
kataloqu təqdim olunmuşdur ki, burada sözsüz ki siz bəyənəcəyiniz şeyləri tapa
biləcəksiniz.


QİYMƏT


Kataloqdakı qiymətlərə yerli vergilər və gül salonundan ünvana qədər olan
çatdırılma dəyəri daxildir.
Çicəklər üzrə olan qiymətlər bölgəyə, mövsümə və sifarişi qəbul edəcək olan
şəxsin ölkəsindəki ümümi qiymət səviyyəsinə görə fərqlənə bilər. Sifariş, yerinə
yetirilən gün gül salonunundakı qiymətlərə görə müəyyənləşdirilir. Yekun qiymət
EURO ilə qeyd olunmuşdur.


GÜLLƏR


Güllər mövsumi məhsullar olduğundan, bəzi gül növləri sifariş zamanı müvəqqəti
olaraq İnterflora beynəlxalq gül salonları şəbəkəsində mövcud olmaya bilər.
Bununla əlaqədar olaraq bəzi hallarda buketin tərkibi dəyişdirilə bilər. Bununla
yanaşı buketin bizim saytımızda təqdim olunmuş şəkilə forma, rəng və ümümi
təəssürat baxımından maksimum dərəcədə uyğun gələcəyini təmin edirik.
Əgər tərkibinə yalnız bir növ çiçəklərin daxil olduğu buket, yəni məsələn müəyyən
rəngdə olan qızılgüllər sifariş olunubsa, və sifariş zamanı bu növ çiçəklər salonda
mövcud deyilsə əvəzetmə yalnız sifarişçi ilə razılıq əldə olunduqdan sonra yerinə
yetirilir.
Həmçinin diqqətinizə çatdırmaq istəyirik ki, güldanlarda yalnız adları qeyd
olunmuş buketlər çatdırılır.


HƏDİYYƏLƏR

 

Güllərə əlavə olaraq şarlar, yumşaq oyuncaqlar, şokolad konfetlər, şərab, meyvələr
və başqa hədiyyələri sifariş verə bilərsiniz.
Bu növ əlavələrin çatdırılma imkanını dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlayın.
Siz güllərə əlavələr üzrə olan istəklərinizi sifarişin qeydiyyatı zamanı “sizin
istəkləriniz” bölməsinə qeyd edə bilərsiniz, biz sizi lazımi məlumatı əldə etdikdən
dərhal sonra bu növ əlavənin qiyməti və mümkünlüyü barədə
məlumatlandıracağıq.
Sifariş qeydiyyatdan keçdikdən sonra buketin tərkibinin dəyişdirilməsini və ya
güllərə hədiyyənin əlavə olunmasını istədiyiniz zaman bizə e-mail göndərin.
Sifarişin tərkibinin dəyişdirilməsi çatdırılma tarixinə qədər, 48 saatdan gec
olmadan mümkündür.
Sizin istəyinizin nə zaman göndərilməsindən asılı olaraq çatdırılma həmin gün
mümkün olmayacaq və sifariş artıq gül dükanında hazırlanmağa başladığından
dəyişdirilə bilinməyəcək.